Ramazan ayının 2-ci gününün duası - İmsak və iftar vaxtı
1 Mart 2025
18:03 - 1 Mart 2025
Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib, yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra avtomobil aşıb.
Qəzada, sürücü və nəqliyyat vasitəsində sərnişin qismində olan 2011-ci il təvəllüdlü T.Əlizadə xəsarət alıblar. Hər iki şəxs təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin