Evləri sökülənlərin kompensasiyası belə hesablanmalıdır

18:20 - 1 Mart 2025

Evləri sökülənlərin kompensasiyası belə hesablanmalıdır

“Hər hansı söküntü aparılarkən, əgər vətəndaş həmin ərazidə yaşayış sahəsi ilə təmin edilmirsə, yaxud qeyri-yaşayış sahəsinə sahibdirsə və həmin sahədən 20 kvadrat metr artıq sahə ilə təmin edilmirsə, vətəndaşın istəyindən asılı olaraq kompensasiya məbləği müəyyən edilə bilər”.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə açıqlanasında deyib.

O qeyd edib ki, bu zaman komepnsasiya məbləğini yalnız Azərbaycan Qiymətləndiricilər Palatasından müvafiq sertifikatı olan, Dövlət İmtahan Mərkəzinin imtahanından müvəffəqiyyətlə keçən, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində şəhadətnaməyə sahib olan qiymətləndirici mütəxəssislər müəyyən edə bilər:

“Yəni söküntü aparılan binada təmirindən, mərtəbəsindən asılı olaraq qiymətlər dəyişir. Düzdür, ayrı-seçkilik olmasın deyə bəzən standart qiymət ödənilir. Bu da sakinlərin ümumi razılığı ilə olur. Amma qiymətləndirmə aparılarkən hər bir evin təmirliliyi, mərtəbəsi nəzərə alınır. Necə ki, evi alınan zaman qiymət fərqlənirsə, eyni şəkildə kompensasiya məbləği də fərqlənir. Binaların qiymətləndirilməsi zamanı da bunlar nəzərə alınmalıdır. Hər bir mənzilə baxış keçirilməli, baxış keçirilərkən hər bir mənzilin xüsusiyyətləri qeyd edilməli, hər birinə uyğun qiymətləndirmə aparılmalıdır. Necə ki, ipoteka krediti götürən zaman qiymətləndirmə aparılır, hər evə fərdi yanaşılırsa, söküntü zamanı da elə olmalıdır”.

Ekspertin sözlərinə görə, söküntülər zamanı MTK-lar çox zaman vətəndaşlar arasında ayrı-seçkiliyin salınmaması və onlar arasında söz-söhbətlərin olmaması üçün ərazi üzrə standart dəyər tətbiq edir:

“Hər binanın da yerləşmə yeri, infrastruktur, ərazinin cəlbediciliyi kimi məqamlar qiymətləndirmə zamanı nəzərə alınmalıdır. Buna əsasən real bazar dəyərinə uyğun qiymətləndirmə aparılır. Qiymətləndirmə aparılarkən analoji obyektlər seçilir. Yəni həmin binanın yaxınlığında yerləşən binalardakı mənzillərin qiyməti neçədirsə, o yanaşma tətbiq edilməlidir. Qiymətləndirici analoji üsullardan istifadə edərkən, satışı olan və real bazar dəyərinə uyğun gələn ən azı 3 obyekt seçir. Həmin obyektlərlə müqayisə yanaşması tətbiq edilir və ona uyğun qiymətləndirmə aparıılır”.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin