Avropa liderləri Londona toplaşır

18:00 - 1 Mart 2025

Avropa liderləri Londona toplaşır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın adından Ukrayna məsələsilə bağlı sabah Londonda toplaşacaq Avropa liderlərinin sammitinə qatılacaq.

 

Manset.az xəbər verir ki, xəbər Türkiyə KİV-lərinə diplomatik mənbələrdən bildirilib.

Hakan Fidanın Londonda Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövzuları, o cümlədən ABŞ Prezidenti Donald Trampın danışıqlara yönəlmiş son addımlarını, Türkiyənin prosesə verə biləcəyi töhfələri müzakirə edəcəyi, Ankaranın Ukraynanın müstəqilliyi və suverenliyinə dəstəyini təsdiq edəcəyi gözlənilir.

Bundan əlavə, Fidanın 2022-ci ilin martındakı kimi Türkiyənin Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyini yenə öz üzərinə götürməyə hazır olduğunu vurğulaması gözlənilir.

Ukrayna ilə bağlı sabahkı iclasa Böyük Britaniyanın baş naziri Key Starmer ev sahibliyi edəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsi kontekstində cari hadisələrin və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Görüşə Fidanla yanaşı, Ukrayna, Almaniya, Fransa, İtaliya, Danimarka, Hollandiya, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya, Rumıniya, həmçinin NATO və Avropa İttifaqının rəhbərləri də dəvət olunub.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin