"Neftçi”dən rekord - “Qarabağ”dan yubiley

13:45 - 1 Mart 2025

Azərbaycan Kubokunun 1/4 finalında "Kəpəz”i mübarizədən kənarlaşdıran "Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.

 

Manset.az PFL-in saytına istinadən xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur. "Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

Yarımfinalda iştirak sayında 2-ci olan "Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu "Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin