Yük maşınlarının sürücülərinə xüsusi XƏBƏRDARLIQ
1 Mart 2025
11:32 - 1 Mart 2025
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir”.
Manset.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Tramp və Volodimir Zelenski arasında keçirilən gərgin görüşü şərh edərkən deyib.
“Çünki o Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu. Ukrayna diplomatiyasının Azərbaycandan öyrənməli olduğu çox şeylər var”, - Arestoviç qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin