Yük maşınlarının sürücülərinə xüsusi XƏBƏRDARLIQ
1 Mart 2025
09:01 - 1 Mart 2025
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb. Gərginlik vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhindən sonra başlayıb.
Manset.az həmin dialoqun dünya mediasının gündəmini zəbt etdiyini nəzərə alaraq, mühüm hissələrini təqdim edir:
- Vens: Hesab edirəm ki, sizin Oval Ofisə gəlib bunu ABŞ mediası qarşısında müzakirə etməyə çalışmanız hörmətsizlikdir. Əsgər qıtlığı yaşayırsınız və çağırışçıları cəbhəyə göndərirsiniz. Prezidentə təşəkkür etmək lazımdır.
- Zelenski: Heç Ukraynaya gəlmisiniz ki, bizim problemlərimizin nə olduğunu deyirsiniz? Bir dəfə gəlin!
Vens: Görüntüləri izlədim. Siz insanları təbliğat səfərinə aparırsınız, cənab prezident. Razı deyilsiniz ki, sizin hərbi probleminiz var?
- Zelenski: Suallar həddən artıq çox oldu. Başdan başlayaq. Müharibə zamanı hamının problemləri olur, elə sizin də. Gözəl bir okeanınız var. İndi hiss etmirsən, amma gələcəkdə hiss edəcəksən. Xoşbəxtlikdən siz müharibədə deyilsiniz.
- Tramp: Bizə nə hiss edəcəyimizi söyləmə. Diqtə etmə. Yadında saxla: Bizə nə edəcəyimizi demə! Biz problemləri həll etməyə çalışırıq. Hisslərimizi bizə diktə etmək iqtidarında deyilsiniz. Özümüzü çox yaxşı hiss edirik. Sizin etdiyiniz bu ölkəyə hörmətsizlikdir. Hazırda yaxşı vəziyyətdə deyilsiniz. Sizdə kartlar yoxdur.
- Zelenski: Mən kart oynamıram!
- Tramp: Bəli, oynayırsınız. Milyonlarla insanın həyatını qumara qoymusan. İndi isə Üçüncü dünya müharibəsi üzərində qumar oynayırsan. Etdiyiniz hər şey bu ölkəyə hörmətsizlikdir. Siz o qədər də minnətdar deyilsiniz.
- Vens: Bir dəfə “sağ ol” demisən?
- Tramp: Ölkən böyük fəlakətlə üz-üzədir.
- Zelenski: Bilirəm.
- Tramp: Xeyr, yetərincə danışdın. Bu müharibəni qazana bilməyəcəksən. Amma bizim sayəmizdə vəziyyətdən az zərərlə çıxmaq şansınız var.
- Zelenski: Ölkəmizi tərk etməyəcəyik. Güclü olmağa davam edəcəyik. Müharibənin başlanğıcından təkik. Sizə təşəkkür etdim.
- Tramp: Axmaq prezidentimiz (Baydeni nəzərdə tutur - red) sizə 350 milyard dollar verdi. Sizə silah yardımı etdik.
- Zelenski: O prezidenti siz seçdiniz.
- Tramp: Amma bizim ordumuzdan istifadə etdilər. Əgər bizim silahlarımız olmasaydı, bu müharibə iki həftəyə bitərdi.
- Zelenski: Bunu Putindən də eşitmişəm. Hətta 3 günə...
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin