BDYPİ-dən sürücülərə MÜRACİƏT
1 Mart 2025
23:15 - 28 Fevral 2025
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsinə dair saziş imzalamayıblar.
Manset.az ABŞ mətbuatına istinadən xəbər verir ki, kiderlər Ağ Evdəki danışıqlardan sonra sənədi imzalamalı idilər, lakin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir ayrılıqları səbəbindən görüş vaxtından əvvəl başa çatıb.
Zelenski artıq Ağ Evi tərk edib.
ABŞ və Ukrayna prezidentlərinin görüşdən sonra planlaşdırılan mətbuat konfransı da ləğv edilib. Donald Tramp bildirib ki, o, Zelenskinin sülhə hazır olmadığına əmindir.
“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin