BDYPİ-dən sürücülərə MÜRACİƏT
1 Mart 2025
23:05 - 28 Fevral 2025
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri futbol üzrə İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
Manset.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Romalılar fevralda 73 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya çempionatında 4 oyun keçirib və cəmi 1 dəfə xal itirib, “Napoli” ilə heç-heçə (1:1) edib. Digər oyunlarda isə komanda hesabına 3 xal yazdırıb; “Venesiya” (1:0), “Parma” (1:0) və “Montsa”nı (4:0) məğlub ediblər.
26 turdan sonra “Roma” 40 xalla A Seriyasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Ranyeri “Roma”ya 2024-cü ilin noyabrından başçılıq edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin