BDYPİ-dən sürücülərə MÜRACİƏT
1 Mart 2025
22:13 - 28 Fevral 2025
Ukrayna Prezident Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, dava Zelenskinin vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhinə verdiyi cavabından sonra başlayıb.
-Zelenski eyham edərək “Allah qorusun, sizə müharibə olmasın” deyib.
“Sən bunu bilmirsən, bizə nə hiss etdiyimizi demə”, – Tramp deyib.
İki tərəf arasında artan mübahisədən sonra Tramp deyib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil.
“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”, - Tramp deyib.
“Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.
Tramp isə ona Ukraynaya hörmətsizlik etdiyini və onunla oynamağa iqtidarında olmadığını deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin