“Naxçıvan” “Sabah”ı məğlub etdi

21:20 - 28 Fevral 2025

“Naxçıvan” “Sabah”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasının XV turunda “Naxçıvan” “Sabah”ı məğlub edib.

 

Manset.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun qarşılaşması Naxçıvan klubunun 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura sabah, “Şəki” - “Lənkəran” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Kəpəz” “Sumqayıt”ı 90:81, “Sərhədçi” isə NTD-ni 84:83 hesabı ilə məğlub edib.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin