Əhaliyə hava ilə bağlı VACİB MÜRACİƏT
28 Fevral 2025
13:00 - 28 Fevral 2025
"Son bir həftə ərzində Somalinin, Qvineyanın prezidentlərinin və Pakistanın baş nazirinin Bakıya rəsmi səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nə qədər geniş vizyona və coğrafiyaya malik olduğunu, Afrika və Asiyaya yeni açılımın dönməz xarakter aldığını bir daha təsdiq edir. Bu baxımdan 5,1 trilyon ABŞ dolları ÜDM-i, 1,28 milyard əhalisi və 7,62 milyon kvadratkilometr ərazisi olan D-8 təşkilatına Azərbaycanın rəsmən üzv qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu üzvlük ölkəmizin iqtisadiyyatı və xarici siyasətində yeni imkanlar yaradacaq, ticarət əlaqələrini genişləndirəcək, ənənəvi tərəfdaşlardan kənarda yeni bazarlara çıxışı təmin edəcək və dövlətimizin beynəlxalq təsirini daha da artıracaq".
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev bildirib. Deputat bu mərhələdə təşkilatın əsas aparıcı ölkəsi olan qardaş Türkiyənin rolunu və Azərbaycana verdiyi dəstəyi xüsusi olaraq vurğulayıb:
"Sevindirici haldır ki, son aylar, xüsusilə Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyə qlobal güc olmaq və milli hədəflərinə çatmaq istiqamətində daha ciddi uğurlar əldə etməyə başlayıb. Bu kontekstdə, dünən, fevralın 27-də PKK terror təşkilatını yaradan və 1978-ci ildən ona rəhbərlik edən Abdullah Öcalanın terrorçuları silahları yerə qoymağa çağırması və bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı etdiyi müraciət çox əhəmiyyətli tarixi hadisədir.
Bu müraciət terror təşkilatlarının fəaliyətlərinin davam etməsinin "motivlərinin" və xarici ölkələrin onları dəstəkləmək üçün uydurduqları bütün bəhanələrin üstündən xətt çəkmiş oldu.
BMT baş katibi Quterreşin, İraq Kürdüstan regionunun rəhbəri Bərzaninin, hətta PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD və YPG qruplaşmasının silahların yerə qoyulması və terrorun durdurulması ilə bağlı edilən təşəbbüsü dəstəkləməsi Türkiyənin terror bəlasından birdəfəlik qurtulması üçün tarixi imkan deməkdir. Bu münasibətlə qardaş Türkiyə xalqını, dövlətini və silahlı qüvvələrini ürəkdən təbrik edirəm".
Azay Quliyev əlavə edib ki, Türkiyənin bu prosesdən güclü və qalib çıxacağı artıq şübhə doğurmur:
"Türkiyənin qələbəsi isə həm də Azərbaycanın gücü və qalibiyyəti olacaq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin