Onların pensiya yaşı həddi 75-ə qaldırılır

13:33 - 28 Fevral 2025

Onların pensiya yaşı həddi 75-ə qaldırılır

Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur.


Manset.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin