Bu qurumda yoxlamalar BAŞLADI

12:17 - 28 Fevral 2025

Bu qurumda yoxlamalar BAŞLADI

Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsində yoxlamalar həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, “Naxçıvan Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsinin fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin