İlham Əliyev SƏRƏNCAM imzaladı
28 Fevral 2025
10:04 - 28 Fevral 2025
Universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar yaradılacaq. Bununla bağlı olaraq yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası da keçirilib. Komissiyanın tərkibində müxtəlif ixtisaslar üzrə 9 İşçi qrupu yaradılıb.
Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil ekspertləri bildirirlər ki, bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisasın yaradılması ixtisaslı kadrların artmasına imkan yaradacaq.
Təhsil eksperti Kamran Əsədov həmçinin onu da bildirib ki, magistratura səviyyəsi üzrə yaradılan yeni ixtisaslar tələbənin bakalavr səviyyəsində aldığı təhsili məhz həmin istiqamətdə davam etdirə bilməsi baxımından əlverişli olacaq.
K.Əsədov deyir ki, 1-ci ixtisas qrupu üzrə Riyaziyyat-Fizika müəllimliyi ixtisasının yaradılması xüsusilə bölgələrdə ikili ixtisaslarda müəllim çatışmazlığının aradan qalxmasına təsir edə bilər. Eyni zamanda? onu da qeyd edib ki, 3-cü ixtisas qrupu üzrə yeni xüsusi pedaqogika ixtisasının yaradılması xüsusi qayğıya ehtiyacı olan şagird və tələbələrin təhsilinə xüsusi metod və yanaşmalarla işləməyə şərait yaradacaq.
Ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin