Okan Buruk və Mourinyonu cəzalandırdı

01:00 - 28 Fevral 2025

Okan Buruk və Mourinyonu cəzalandırdı

Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın baş məşqçisi Okan Buruku və “Fənərbaxça”nın çalışdırıcısı Joze Mourinyonu cəzalandırıb.

 

Manset.az xəbər verir ki, TFF-nin İntizam Komitəsinin qərarına əsasən, O.Buruk bir, Mourinyo isə dörd oyunluq cəzaya məruz qalıb.

“Qalatasaray”ın çalışdırıcısı derbidən sonra keçirilən mətbuat konfransındakı açıqlamalarına görə bu cəza ilə üzləşib.

Mourinyo isə oyundan sonra hakimlərin otağına gedərək ədalət təmsilçilərini təhqir edib.

Bundan başqa, “Fənərbaxça” qarşıdakı iki səfər oyunununu azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, qarşılaşma qolsuz başa çatmışdı.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin