Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

23:50 - 27 Fevral 2025

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Məmmədov Rusiya vətəndaşlığından çıxarılıb.

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Araşdırmalarla Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi müəyyən edilib. Bu səbəbdən o, Rusiya vətəndaşlığından məhrum edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Sübhan Məmmədovun hazırda BƏƏ-də olduğu deyilir. Blogerin İnstaqram hesabının 13,5 milyon abunəçisi var.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin