Təcili tibbi yardım atvomobili minik avtomobili ilə toqquşdu - Yaralanan var

22:28 - 27 Fevral 2025

Təcili tibbi yardım atvomobili minik avtomobili ilə toqquşdu - Yaralanan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü E. İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan “Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili Gəncə şəhərinin 103 xidmətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin