Öcalan PKK-ya gözlənilən çağırışı etdi - "Silahı buraxın”
28 Fevral 2025
21:29 - 27 Fevral 2025
PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına cavab gəlib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.
Məlumata qeyd edilir ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.
"Biz silahı yerə qoymağa hazırıq. Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, bu çağırışı qəbul edirik", - deyə Salih Müslim qeyd edib.
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin