Öcalan PKK-ya gözlənilən çağırışı etdi - "Silahı buraxın”

18:38 - 27 Fevral 2025

Öcalan PKK-ya gözlənilən çağırışı etdi -

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bəyanat türk və kürd dillərində oxunub.

Öcalan çağırışında “silahı buraxın” deyib:

“Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin