Peşə təhsili ilə bağlı layihənin icrasına başlanıldı

18:30 - 27 Fevral 2025

Peşə təhsili ilə bağlı layihənin icrasına başlanıldı

"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” adlı layihənin icrasına başlayıb.

 

Manset.az İB-ə istinadən xəbər verir ki, layihənin məqsədi peşə təhsili barədə ictimaiyyətdə mövcud olan stereotipləri qırmaq və gənclər arasında peşə təhsilinə marağın artırılmasına nail olmaqdır.

Layihə çərçivəsində gənclərdə peşə təhsilinə marağın yaradılması, onların gələcək peşə karyerasının qurulmasında zəruri məsləhətlərin verilməsi nəzərdə tutulur. Bunun üçün layihə iştirakçıları üçün peşəkar təlimlərin təşkili, cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük rol oynayan, yaradıcı kontent vasitəsilə brendin hədəf auditoriyasının diqqətini çəkə bilən influencerlərlə görüşlərin keçirilməsi, həmçinin uğur hekayələrinə həsr olunan videoçarxların hazırlanması planlaşdırılır.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin