Filippində bu virusa yoluxma halı artır

16:39 - 27 Fevral 2025

Filippində bu virusa yoluxma halı artır

Filippində dang qızdırmasına yoluxma halı artır.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, indiyə qədər 2500-dən çox yoluxma aşkarlanıb. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,9 faiz artımdan xəbər verir.

İlin əvvəlindən ən azı 11 nəfər bu xəstəlik nəticəsində ölüb. Xəstələrin demək olar ki, yarısı 10 yaşa qədər uşaqlardır.

Xəstəliyə qarşı mübarizə çərçivəsində yerli hakimiyyət orqanları aztəminatlı və əhalinin sıx məskunlaşdığı ərazilərdə və məktəblərdə təmizlik və dezinfeksiya işlərini artırıb. Səhiyyə ocaqlarının iş saatları uzadılıb.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin