Netanyahu danışıqlar üçün Qahirəyə nümayəndə heyəti göndərdi

16:26 - 27 Fevral 2025

Netanyahu danışıqlar üçün Qahirəyə nümayəndə heyəti göndərdi

Netanyahu Qəzza danışıqları üçün Qahirəyə nümayəndə heyəti göndərib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabinetinin rəhbərinin ofisi bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqları davam etdirmək üçün Qahirəyə gedən İsrail nümayəndə heyətinə göstəriş verib. 

“Baş nazir Netanyahu danışıqları davam etdirmək üçün Qahirəyə danışıqlar aparan nümayəndə heyətinin göndərilməsi barədə göstəriş verib”, - deyə məlumatda bildirilir.

 


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin