Öcalan PKK-ya gözlənilən çağırışı etdi - "Silahı buraxın”
27 Fevral 2025
16:00 - 27 Fevral 2025
Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, Rusiya və ABŞ nümayəndələrinin İstanbuldakı görüşü diplomatik missiyaların işindəki problemlərin həllinə gətirib çıxaracaq. Moskva ilə Vaşinqton arasında etimadı gücləndirəcək.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz gözləyirik ki, bugünkü görüş bizi və Amerika tərəfini yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına və etimadın möhkəmləndirilməsi tədbirlərinin gücləndirilməsinə yaxınlaşdıracaq bir sıra oxşar ekspert məsləhətləşmələrinin birincisi olacaq".
Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya ilə ABŞ arasında sivil diplomatik dialoqun tezliklə bərpa olunacağına əminliyini ifadə edib. O, bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla danışıqlardan sonra bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, cümə günü, fevralın 27-də Rusiya və ABŞ diplomatları iki ölkənin səfirliklərində normal əməliyyatların necə bərpa olunacağını müzakirə edəcəklər. O qeyd edib ki, danışıqlarda “yüksək səviyyəli diplomatlar və ekspertlər” iştirak edir. Onun nəticələrinə əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “nə qədər tez və effektiv hərəkət edə biləcəyimiz” bəlli olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin