"Axşam yola çıxmayın" - Polisdən XƏBƏRDARLIQ

13:36 - 27 Fevral 2025

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib. 


İdarədən Manset.az-a verilən məlumata görə, ötən gündən başlayaraq yağan qar paytaxtın küçə və prospektlərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında yenidən bir sıra çətinliklər yaradıb. Hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır ki, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Səkilərin qardan təmizlənmədiyini əsas gətirərək avtomobil yoluna çıxan piyadalardan isə özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamaq, qarlı, buzlu yolda sürücülərə əlavə çətinliklər yaratmamaq, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmək tələb olunur.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin