Öcalan PKK-ya gözlənilən çağırışı etdi - "Silahı buraxın”
27 Fevral 2025
11:00 - 27 Fevral 2025
Azərbaycanın magistral yollarındakı mövcud vəziyyət açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Hazırda bu ərazilərdə qarlı hava müşahidə olunur:
Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq)
Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən başlayaraq)
Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq)
Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən başlayaraq)
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq)
Ağsu aşırımında.
Yollarda hər hansı məhdudiyyət yoxdur. Fasiləsiz olaraq yollardakı qar təmizlənir. Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib.
Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin