“ İqtidarla müxalifət arasında təmaslar üçün artıq vasitəçiyə ehtiyac duyulmur” - PA-nın şöbə müdiri
27 Fevral 2025
10:25 - 27 Fevral 2025
Bakının Səbayel, Suraxanı və Qaradağ rayonlarında qaz xəttində sızma aşkar olunub.
Bu barədə Manset.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində sızmaların aradan qaldırılması məqsədilə fevralın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin