Silahlı hücum nəticəsində 12 nəfər öldürüldü

09:50 - 27 Fevral 2025

Silahlı hücum nəticəsində 12 nəfər öldürüldü

Haitidə bir dəstənin silahlı hücumu nəticəsində iki əsgər və ən azı 10 nəfərin öldüyü bildirilir.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, silahlı dəstə üzvləri paytaxt Port-o-Prensin Delmas 30 rayonuna basqın ediblər. Hücum nəticəsində ikisi əsgər olmaqla ən azı 10 nəfər həyatını itirib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə evlərin yandırıldığı və çoxlu sayda insanın evlərini tərk etmək məcburiyyətində qaldığı görünür.

Hücumlarda "Barbekü" ləqəbli keçmiş polis məmuru Cimmi Çerizierin rəhbərlik etdiyi dəstə günahlandırılıb.

Həyata keçirilən əməliyyatda 5 dəstə üzvü öldürülüb.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin