Alimlərdən yeni kəşf - FOTO

07:40 - 27 Fevral 2025

Alimlərdən yeni kəşf - FOTO

Tədqiqatçılar Marsda bir vaxtlar okeanların mövcud olduğuna dair yeni sübutlar aşkarlayıblar.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, Çinin Zhurong roveri vasitəsilə aparılan yeraltı tədqiqatlar nəticəsində planetin səthində basdırılmış qədim sahil xətti müəyyən edilib.

Tədqiqatın müəllifi Dr. Benjamin Cardenas bildirib ki, Zhurong roveri Marsın Utopia Planitia bölgəsinin cənubunda aparılan araşdırmalar zamanı sahil xəttlərinə bənzər quruluşlar aşkar edib. Radar məlumatları Yerdəki çimərlik sahillərində rast gəlinən geoloji xüsusiyyətlərlə oxşar nəticələr göstərir.

Cardenasın sözlərinə görə, bu tapıntılar Marsda bir vaxtlar axar çayların və dalğaların olması ehtimalını gücləndirir. Məlumatlar çimərliyin zamanla okeana doğru genişlənərək təxminən 1,3 km şimala doğru irəlilədiyini göstərir:

"Çimərliklər dayaz su, hava və torpaq arasındakı əlaqəni təmsil edir. Bu, Yerdə həyatın başlama ehtimalının yüksək olduğu mühitdir. Marsda da bu cür bir mühit keçmiş həyat əlamətlərini araşdırmaq üçün ideal ola bilər". 



Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin