HƏMAS 4 girovun meyitini İsrailə təhvil verəcək

00:45 - 27 Fevral 2025

HƏMAS 4 girovun meyitini İsrailə təhvil verəcək

Fələstinin HƏMAS hərəkatı dörd ölü girovun meyitini bu gün baş tutması gözlənilən mübadilədə İsrail tərəfinə təhvil verəcəyini təsdiqləyib.

 

Manset.az xəbər verir ki, müvafiq bəyanatı hərəkatın hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə özünün rəsmi teleqram kanalında yayıb.

“İsraillə razılaşmanın bir hissəsi olaraq qərara gəldik ki, axşam Ohad Yaalomi (həm də Fransa vətəndaşlığına malikdir), İshak Alqart, Şlomo Mansur və Tsaxi İdanın meyitlərini qarşı tərəfə təhvil verək”, - o yazıb.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin