Bu yollarda sürət həddi ENDİRİLDİ
27 Fevral 2025
00:25 - 27 Fevral 2025
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Reyhanlıda 53 nəfərin həlak olmasına səbəb olan terror aktını törədənlərdən birini, Temir Dükancı ələ keçirib.
Manset.az xəbər verir ki, sərhədyanı əməliyyatla saxlanılan terrorçu Türkiyəyə gətirilib.
O, terror hadisəsi günü bombanı avtomobilə özünün yerləşdirdiyini etiraf edib.
Dukancı “dövlətin birliyini, ərazi bütövlüyünü pozmaq” və “qəsdən adam öldürmə” ittihamları ilə həbs edilib. Qeyd edək ki, o, narıncı kateqoriyada axtarışda olan terrorçulardan biri olub.
Xatırladaq ki, 2013-cü ildə Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda 53 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin