Bu yollarda sürət həddi ENDİRİLDİ
27 Fevral 2025
21:54 - 26 Fevral 2025
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Manset.az xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, soyqırım qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra Nazirlikdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının XX əsrin ən faciəli cinayətlərindən biri olduğu və bu tarixin xalqımızın yaddaşında dərin izlər buraxdığı vurğulanıb, soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğu diqqətə çatdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin