Messi və Suares cərimələndi

21:24 - 26 Fevral 2025

Messi və Suares cərimələndi

"İnter Mayami"nin futbolçuları Lionel Messi və Luis Suares cərimələnib.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə MLS İntizam Komitəsi qərar verib.

Futbolçular "Nyu-York Siti" ilə 1-ci turun matçında  yaşananlara görə cərimə ediliblər. Hər iki futbolçu 5 min dollar ziyana düşüb.

L.Suares oyunçuları arasında yaşanan mübahisə zamanı rəqib müdafiəçi Birk Risanı boynundan tutub, onun üzünə vurub. Final fitindən sonra Messi baş hakimə narazılığını bildirib və uzun müddət ona nəyisə sübut etməyə çalışıb. Hakim isə Messiyə sarı vərəqə göstərib


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin