ADNSU-da Xocalı Soyqırımının 33-cü ildönümü qeyd edildi - FOTOLAR

21:08 - 26 Fevral 2025

ADNSU-da Xocalı Soyqırımının 33-cü ildönümü qeyd edildi - FOTOLAR

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, o cümlədən Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxdığını qeyd edərək 33 il əvvəl baş vermiş insanlığa qarşı bu cinayətin beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılmasına və təbliğ edilməsinə gənclərin peşəkarlıqla yanaşmalı olduqlarını bildrib. Bu mənda ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşdüyünü söyləyən rektor R.Əzizov Xocalı soyqırımı tədbirlərinin mahiyyətinin gənclər arasında düzgün təbliğ edilməsinin,  professor-müəllim heyəti ilə tarixi mövzularda təhlillərin aparılmasının önəmini qeyd edib. 33 ildir ki, ölkəmizdə Xocalı soyqırımı ilə bağlı ideoloji iş aparıldığını vurğulayan rektor R.Əzizov, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən başlıca amillərdən birinin məhz bu faktor  olduğunu bildirib.

ADNSU-nun Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva Xocalıda baş verən cinayətləri sadalamaqla ermənilərin hər bir fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, Azərbaycan torpaqlarını mənimsəməyə çalışdıqlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 2020-ci ildə Azərbaycan torpaqlarının azad olunnması ilə tarixi ədalətin bərpa oldunduğunu deyən professor İ.Nuriyeva bu gün Xocalıda Azərbaycan bayrağının qürurla dalğalandığını vurğulayıb.



Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin