Bu yollarda sürət həddi ENDİRİLDİ
27 Fevral 2025
21:45 - 26 Fevral 2025
2022-ci ildən bəri 7 mindən çox ukraynalı hərbçi İspaniyada təlim keçib.
Manset.az xəbər verir ki, bu barədə Krallığın Baş Qərargahının press-relizində deyilir.
“Avropa İttifaqının Ukraynaya hərbi yardım üzrə İspaniyadakı missiyası 2022-ci ilin noyabrından bəri 7 mindən çox ukraynalı əsgərə təlim keçib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, hərbçilər üçün təşkil edilən kurslar kifayət qədər müxtəlifdir: yeni çağırışçıların hazırlanması üçün əsas kursdan havadan dəstək kimi daha ixtisaslaşmış kurslara qədər.
Baş Qərargahdan əlavə edilib ki, 2024-cü ilin sonundan ilk dəfə Ukrayna hərbçilərinə beynəlxalq humanitar hüquq üzrə təlimlər keçirilməsinə başlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin