Bu yollarda sürət həddi ENDİRİLDİ
27 Fevral 2025
19:45 - 26 Fevral 2025
Qazaxıstan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə yarımkomitənin 15-ci iclasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) gələcək inkişafı və bu marşrut üzrə yükdaşımaların həcminin artırılması ilə bağlı razılıq əldə olunub.
Manset.az Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Urumçi şəhərində Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov və Çinin nəqliyyat nazirinin müavini Li Yan arasında ikitərəfli danışıqlar aparılıb.
Çin tərəfi Avropaya yükdaşımaların artırılması üçün Qazaxıstan vasitəsilə TBNM marşrutu üzrə avtomobil nəqliyyatının genişləndirilməsində maraqlı olduğunu bildirib. Ötən il iki ölkə yük daşımaları üçün icazə blanklarının mübadiləsini elektron formata keçirib ki, bu da reyslərin iki dəfə artırılmasına imkan verib.
Tərəflər həmçinin sərnişindaşıma sahəsində potensialın artırılması, yeni sərnişin marşrutlarının açılması və uçuş coğrafiyasının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Yaz-yay mövsümündə Qazaxıstan və Çin arasında həftədə təxminən 125 reysin yerinə yetirilməsi planlaşdırılır. Yükdaşımalar isə marşrut və uçuş tezliyi ilə bağlı məhdudiyyətlər olmadan həyata keçiriləcək.
Bundan əlavə, regional əməkdaşlığın inkişafı məqsədilə Çin-Mərkəzi Asiya nəqliyyat nazirlərinin 2-ci görüşünün təşkili barədə razılıq əldə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin