Masazırda qəza oldu - Qaz kəsildi

17:52 - 26 Fevral 2025

Masazırda qəza oldu - Qaz kəsildi

Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.


Bu barədə Manset.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin