Mask bir gündə 22 milyard dollar itirdi

17:23 - 26 Fevral 2025

Mask bir gündə 22 milyard dollar itirdi

Amerikalı milyarder İlon Maskın sərvəti bir gündə 22,2 milyard dollar azalıb.

 

Manset.az-ın məlumatına görə, bu barədə Bloomberg yazıb.

Nəşr qeyd edir ki, buna səbəb onun sərvətinin yarıdan çoxunu təşkil edən elektrik avtomobil istehsalçısı Tesla-nın qiymətlərinin aşağı düşməsidir. 

Fevralın 25-də Tesla səhmləri 8,4% ucuzlaşaraq 302,8 dollar olub.

Amma itkilərə baxmayaraq, Musk hələ də dünyanın ən varlı adamları arasında birinci yerdədir. 

Onun sərvəti 358 milyard dollar qiymətləndirilir. Mask 233 milyard dollarlıq sərvətlə həm Amazon-un qurucusu Jeff Bezosu, həm də kapitalı 232 milyard dollar dəyərində qiymətləndirilən Meta-nın baş direktoru Mark Zukerberqi geridə qoyub.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası, Tesla-nın Avropada satışlarının 45% azaldığını, Avropada ümumi elektrik avtomobillərinin satışlarının isə 2024-cü ilin eyni ayında 18.161 ədədlə müqayisədə 2025-ci ilin yanvarında Avropada cəmi 9.945 ədəd artdığını bildirib.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin