Ordumuzun hərbi qulluqçusu vəfat etdi
Qeyd edək ki, fevralın 19-dan bəri İvate prefekturasının müxtəlif yerlərində yanğınlar başlayıb və ən azı 320 hektar meşə sahəsi məhv olub. Dünəndən etibarən yanğınların tamamilə söndürüldüyü açıqlanıb.
26 Fevral 2025
14:41 - 26 Fevral 2025
Yaponiyanın İvate prefekturasında baş verən meşə yanğını ilə əlaqədar 2114 nəfərin təxliyəsi barədə xəbərdarlıq edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, yanğın çoxlu evlərə ziyan vurub və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, alov geniş əraziyə sıçraması nəticəsində kənd yerlərində bəzi evlərə ziyan dəyib. Bölgəyə göndərilən çoxlu sayda yanğınsöndürmə briqadasının alovla mübarizəni davam etdirdiyi bildirilərkən, yanğının daha da genişlənmə riski səbəbiylə 873 təsərrüfatda yaşayan ən az 2114 nəfərin təxliyyə edilməsi ilə bağlı xəbərdarlıq edildiyi açıqlanıb.
İlkin məlumata görə, yanğın nəticəsində insan tələfatı olmayıb.
Qeyd edək ki, fevralın 19-dan bəri İvate prefekturasının müxtəlif yerlərində yanğınlar başlayıb və ən azı 320 hektar meşə sahəsi məhv olub. Dünəndən etibarən yanğınların tamamilə söndürüldüyü açıqlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin