Ordumuzun hərbi qulluqçusu vəfat etdi
26 Fevral 2025
13:29 - 26 Fevral 2025
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə Vladimir Putinlə Donald Trampın görüşü ilə bağlı hələlik heç bir açıqlama yoxdur.
Manset.az xəbər verir ki, onun sözlərinə görə, zərurət yaranarsa, iki ölkə liderləri daha bir söhbət də keçirə bilərlər.
“Dialoq bərpa olunub. Amma hələlik belə planlar yoxdur. Lakin bu planlar bəzi aktual problemlərin həlli üçün tez dəyişə bilər”.
Qeyd edək ki, Putin və Tramp ilk dəfə fevralın 12-də telefonla danışıblar. Söhbət zamanı Vladimir Putin amerikalı həmkarını Moskvaya səfərə dəvət edib. Dünən, fevralın 25-də Donald Tramp Rusiya prezidenti ilə yaxın vaxtlarda görüşə biləcəyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin