Ordumuzun hərbi qulluqçusu vəfat etdi
26 Fevral 2025
09:48 - 26 Fevral 2025
ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin yaxın gələcəkdə bitəcəyinə əminliyini bildirib.
Manset.az-ın məlumatına görə, o, keçmiş administrasiyanı münaqişənin bütün tərəfləri ilə danışmaq istəmədiyinə görə tənqid edib.
“Mən Trampın bu münaqişə ilə nə etmək niyyətində olduğuna çox müsbət yanaşıram. Və mən onun fikirinə tam əminəm ki, bu müharibə yaxın gələcəkdə başa çatacaq”.
Qeyd edək ki, fevralın 12-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub, bundan sonra Amerika tərəfi Ukrayna üzrə danışıqlara başlandığını elan edib. Fevralın 18-də Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətlərinin görüşü baş tutub. Fevralın 24-də Vladimir Putin bildirib ki, həmin görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin