Mehriban Əliyeva Xocalı Soyqırımı ilə bağlı PAYLAŞIM ETDİ
26 Fevral 2025
23:00 - 25 Fevral 2025
Rusiya ABŞ-a nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır.
Manset.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin Rusiyanın dövlət kanalı “Rossiya-24”ə aktual mövzularla bağlı mühüm açıqlamalar verib. Trampın “Rusiya ilə mühüm iqtisadi layihələrlə bağlı məsləhətləşmələr aparılır” açıqlamalarına reaksiya verən Putin bildirib ki, iki ölkənin bəzi şirkətləri bir-biri ilə təmasdadır və bu cür layihələr müzakirə edilir.
Putin ABŞ və Ukrayna arasında nadir torpaq elementlərinə dair müqavilə mübahisəsi ilə bağlı, "Bunun bizə aidiyyəti yoxdur. Rusiya ABŞ-a nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Bizdə şübhəsiz ki, bu ehtiyatlar Ukraynadan daha çoxdur. Rusiya bu nadir torpaq elementləri ehtiyatlarına görə şəksiz liderlərdən biridir” - deyə bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin