Qəzza zolağında vəziyyət çətinləşir - Lavrov

17:29 - 25 Fevral 2025

Qəzza zolağında vəziyyət çətinləşir - Lavrov

Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla Fələstin ərazilərində vəziyyət narahatedicidir.

 

Manset.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. 

"Biz digər mühüm regional məsələlərlə bağlı saatlarımızı sinxronlaşdırdıq. İlk növbədə, bunlar Yaxın Şərq nizamlanmasının bütün aspektləridir. Fələstin ərazilərində vəziyyət çox gərgindir və təkcə Qəzza zolağında deyil, həm də İordan çayının qərb sahilində".

Onun sözlərinə görə, Yaxın Şərqdəki bütün problemlər, dünyanın hər hansı bir hissəsi kimi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar əsasında həll edilməlidir.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin