Nazir xanım professora vəzifə verdi

17:10 - 25 Fevral 2025

Nazir xanım professora vəzifə verdi

Filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.


Manset.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.

Qeyd edək ki, Həmidə Əliyeva 2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olub. H. Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb.

2024-cü ildə ADU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.



Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin