Sabah bu küçələr BAĞLANACAQ
25 Fevral 2025
17:02 - 25 Fevral 2025
Malayziya Hava Yollarına məxsus "MH370" reysi yoxa çıxdıqdan təxminən 11 il sonra onun axtarışına başlanılıb.
Manset.az-ın məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və o vaxtdan heç bir xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb .
Malayziya Hava Yollarına məxsus MH370 reysi 8 mart 2014-cü il tarixində Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə gedərkən havaya qalxdı və havaya qalxdıqdan 38 dəqiqə sonra təyyarə ilə son əlaqə qurulub.
Bəzi radar qeydləri, təyyarənin ordu radarları tərəfindən aşkar edildikdən sonra planlaşdırılan marşrutdan qərbə doğru azdığını və Hind okeanının cənubuna uçduğunu göstərib.
İtmiş təyyarənin axtarışları 2018-ci ilin yanvarında Malayziya hökumətinin Ocean Infinity adlı dəniz dibi kəşfiyyatı şirkəti ilə müqavilə imzalamasından sonra bərpa edilib.
Lakin Ocean Infinity təyyarənin qalıqlarını tapa bilmədikdən sonra Malayziya 2018-ci ilin iyun ayının ortalarında işin başa çatdığını elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin