İtən Malayziya təyyarəsinin axtarışlarına başlanıldı

17:02 - 25 Fevral 2025

İtən Malayziya təyyarəsinin axtarışlarına başlanıldı

Malayziya Hava Yollarına məxsus "MH370" reysi yoxa çıxdıqdan təxminən 11 il sonra onun axtarışına başlanılıb.

 

Manset.az-ın məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və o vaxtdan heç bir xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb .

Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus Armada 7806 gəmisi axtarış əməliyyatları üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb. Dağıntıların tapıldığı təqdirdə Ocean Infinity-ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.

Malayziya Hava Yollarına məxsus MH370 reysi 8 mart 2014-cü il tarixində Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə gedərkən havaya qalxdı və havaya qalxdıqdan 38 dəqiqə sonra təyyarə ilə son əlaqə qurulub.

Bəzi radar qeydləri, təyyarənin ordu radarları tərəfindən aşkar edildikdən sonra planlaşdırılan marşrutdan qərbə doğru azdığını və Hind okeanının cənubuna uçduğunu göstərib.

227 sərnişin və 12 ekipaj üzvü olan təyyarənin Cənubi Hind okeanında qəzaya uğradığı güman edilən yerin axtarışı aviasiya tarixində ən bahalı axtarış-xilasetmə əməliyyatı olub. Bununla belə, bəzilərinin MH370-ə aid olduğu təsdiqlənən təyyarənin hissələri istisna olmaqla, təyyarənin izinə rast gəlinməyib.

İtmiş təyyarənin axtarışları 2018-ci ilin yanvarında Malayziya hökumətinin Ocean Infinity adlı dəniz dibi kəşfiyyatı şirkəti ilə müqavilə imzalamasından sonra bərpa edilib.

Lakin Ocean Infinity təyyarənin qalıqlarını tapa bilmədikdən sonra Malayziya 2018-ci ilin iyun ayının ortalarında işin başa çatdığını elan edib.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin