Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
25 Fevral 2025
15:43 - 25 Fevral 2025
ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi Rusiya G7-yə qəbul edilməyəcək.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın maliyyə naziri Yorq Kukis Reuters agentliyinə müsahibəsində bildirib .
Nəşr qeyd edib ki, Kukis G20 maliyyə nazirlərinin görüşü üçün Keyptauna gedəcək, lakin planla bağlı anlaşılmazlıq səbəbindən ABŞ nümayəndəsi Skott Bessent iştirak etməyəcək. Qeyd olunur ki, qlobal iqtisadiyyatın hazırkı vəziyyəti görüşün əsas mövzusu olacaq.
Eyni zamanda, Kukis hesab edir ki, ABŞ və Aİ arasında ticarət müharibəsinin qarşısını almaq olar, çünki hər iki tərəf danışıqlara hazırdır.
“Heç kim ticarət müharibəsinin başlamasında maraqlı deyil”, - deyə siyasətçi əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin