Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair qətnamə qəbul edildi

13:53 - 25 Fevral 2025

Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair qətnamə qəbul edildi

Ali Rada ikinci cəhdində Vladimir Zelenskinin səlahiyyətlərini icra etməyə davam etməsini dəstəkləyən qətnamə qəbul edib.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.

Jeleznyakın sözlərinə görə, qətnamənin mətnində qeyd olunur ki, Zelenski Ukraynanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər səlahiyyətlərini icra etməyə davam etməlidir. Ali Rada həmçinin bildirir ki, Ukraynada tətbiq edilən hərbi vəziyyət seçkilərin konstitusiyaya uyğun keçirilməsinə imkan vermir. 

Qeyd edək ki, Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin