Yollar qar və buzdan təmizləndi - VİDEO

10:31 - 25 Fevral 2025

Yollar qar və buzdan təmizləndi - VİDEO

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışmağa davam edib. 

 

Manset.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

 


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin