Sabah Bakıda bu yollar bağlanacaq - SİYAHI
25 Fevral 2025
10:01 - 25 Fevral 2025
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukraynanın bərpasına yardım perspektivini qəribə adlandırıb.O, ölkəyə artıq yatırılan milyardlarla dollar sərmayəni xatırladıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Amerika lideri fransalı həmkarı Emmanuel Makronla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Məncə, bu bir az qəribə sualdır. Biz Ukraynaya 350 milyard dollar yardım etmişik, məncə, bu, kifayət qədər əhəmiyyətlidir”.
Qeyd edək ki, fevralın 24-də Fransa prezidenti Makron diplomatik missiyası ilə Vaşinqtona gəlib. İki liderin görüşündə Aİ-nin Ukrayna böhranı ilə bağlı “daha geniş” fikirlərini müzakirə etmək və döyüşlər dayandırıldıqdan sonra Kiyevə 30 min sülhməramlı göndərilməsi məsələsini nəzərdən keçirmək planlaşdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin