Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

10:45 - 25 Fevral 2025

Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasında "Antalyaspor" "Beşiktaş"ı, "Kırklarelispor" "Kocaelispor"u, "Sivasspor" isə "Bodrumspor"u qəbul edəcək. Hər üç görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

İngiltərə Premyer Liqasında "Brayton" "Bornemut" ilə, "Kristal Palas" "Aston Villa" ilə, "Vulverhempton" isə "Fulhem" ilə üz-üzə gələcək. Hər üç görüş 23:30-da başlayacaq. "Çelsi" "Sauthempton" matçı isə gecə yarısı 00:15-də start götürəcək.

İtaliya A seriyasında "İnter" doğma meydanda "Latsio"nu qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə gecə yarısı səsləndiriləcək.

İspaniya La Liqasında isə əzəli rəqiblər üz-üzə gələcək. "Atletiko Madrid" səfərdə "Barselona"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 00:30-da keçiriləcək.

25 fevral

Türkiyə Superliqası

Saat 16:00, "Antalyaspor" - "Beşiktaş";

Saat 16:00, "Kırklarelispor" - "Kocaelispor";

Saat 16:00, "Sivasspor" - "Bodrumspor".

İngiltərə Premyer Liqası

Saat 23:30, "Brayton" - "Bornemut";

Saat 23:30, "Kristal Palas" - "Aston Villa";

Saat 23:30, "Vulverhempton" - "Fulhem".

26 fevral

İspaniya La Liqası

Saat 00:30, "Barselona" - "Atletiko Madrid".

İngiltərə Premyer Liqası

Saat 00:15, "Çelsi" - "Sauthempton".

İtaliya A seriyası

Saat 00:00, "İnter" - "Latsio".


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin